Accessibility links

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsərdlərini qəbul edib


Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsərdlərini qəbul edib
Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsərdlərini qəbul edib

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana gəlib. Həmsədrlər öncə Ermənistanda, sonra isə Dağlıq Qarabağda olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsərdləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Minsk qrupunun həmsədrləri bundan öncə Ermənistan və Dağlıq Qarabağda olub. Aprelin 13-də cəbhə xəttini Ağdam rayonu ərazisində keçib.

XS
SM
MD
LG