Accessibility links

Azərbaycan prezidenti Brüsseldə səfərdədir


Azərbaycan prezidenti Brüsseldə səfərdədir
Azərbaycan prezidenti Brüsseldə səfərdədir

İyunun 22-də isə Brüsseldə illik "Krans Montana" forumu açılacaq. Forum çərçivəsində prezident İlham Əliyevə Prix De La Fondation mükafatı, ölkənin birinci ledisinə isə qızıl medal veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfərə gedib.

Turan agentliyinin məlumatına görə, bu gün onun Avropa Komissiyasının rəhbərliyi ilə rəsmi görüşləri başlayıb. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə istinadən bildirir ki, cənab Əliyevin Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo, Avropa Qonşuluq Siyasəti üzrə komissar Ştefan Füle və digər şəxslərlə görüşləri planlaşdırılıb. Danışıqların mövzusu ikitərəfli əməkdaşlığın genişləndirilməsi, “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi, “Nabukko” layihəsinin reallaşması və digər məsələlər olacaq.

İyunun 22-də isə Brüsseldə illik "Krans Montana" forumu açılacaq. Orada beynəlxalq və qeyri-hökumət təşkilatları dünya gündəminin aktual məsələlərini müzakirə edəcək. Tədbirdə prezident İlham Əliyev də iştirak edəcək. Forumda Azərbaycan barədə təqdimetmə mərasimi də olacaq.
"Avropanın enerji təhlükəsizliyi və Yaxın Şərqdə qeyri-sabitlik fonunda Şərqi Avropa ölkələrinin potensial rolu" panelinə sənaye və energetika naziri Natiq Əliyev sədrlik edəcək. Müzakirələrdə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Azərbaycan Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov iştirak edəcək.
"Krans Montana" forumu 1989-cu ildən keçirilir və nüfuzlu işgüzar klubdur. Orada aktual siyasi və sosial-iqtisadi problemlər müzakirə edilir. 6 aprel 2011-ci ildə prezident İlham Əliyev Bakıda forumun prezidenti Jan Pol Karteronu qəbul edib. İndiki forum çərçivəsində prezident İlham Əliyevə Prix De La Fondation mükafatı, ölkənin birinci ledisinə isə forumun qızıl medalı veriləcək. Forum 25 iyunda başa çatacaq.

XS
SM
MD
LG