Accessibility links

Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət edib


Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət edib

Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət edib

Prezident hesab edir ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahibdir

Azərbaycan prezidenti İlham Əliyev 31 –Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqa müraciət edib. Dövlət başçısı hesab edir ki, xaricdəki azərbaycanlılar arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər getdikcə daha dərin kök salır. “Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər”.
Cənab Əliyev ümidvardır ki, gələn il Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayında diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar xaricdə yaşayan azərbaycanlıların mütəşəkkilliyinin və təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcək.

Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi ölkənin əsas problemi olaraq qalır. “Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməzdir: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir”, deyə president Əliyev qeyd edir.

XS
SM
MD
LG