Accessibility links

Azərbaycan prezidenti İranla həmsərhəd rayonlara səfər edib


Azərbaycan prezidenti İranla həmsərhəd rayonlara səfər edib
Azərbaycan prezidenti İranla həmsərhəd rayonlara səfər edib

2010-cu ildə Astara gömrük məntəqəsinin ümumi yük dövriyyəsi 1,32 milyon ton təşkil edib ki, bunun 720,65 min tonu idxalın, 120,50 min tonu ixracın, 477,47 min tonu isə tranzit yüklərin payına düşür. Qaz-kompressor stansiyasını Naxçıvanın təbii qazla təchizatının daha etibarlı təmin edilməsinə kömək edəcək.

Azərbaycan prezidenti İlham Əliyev ölkənin cənub bölgəsində İranla sərhəddə yerləşən rayonlarda səfərdədir.

Bu gün dövlət başçısı İranla həmsərhəd olan Astara rayonunda Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olub.

2011-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunub.

Prezident Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış olub.

2009-cu ildə Astara gömrük sərhəd-keçid məntəqəsinin ümumi yük dövriyyəsi 296,6 min ton təşkil edib ki, bundan 108,4 min ton idxalın, 50,2 min ton ixracın, 138 min tonu tranzit yüklərin payına düşüb. Astara gömrük sərhəd-keçid məntəqəsindən il ərzində 25 min 849 nəqliyyat vasitəsi keçib. 2010-cu ildə məntəqənin ümumi yük dövriyyəsi 1,32 milyon ton təşkil edib ki, bunun 720,65 min tonu idxalın, 120,50 min tonu ixracın, 477,47 min tonu isə tranzit yüklərin payına düşür. Astara gömrük sərhəd-keçid məntəqəsinin yenidən qurulması yük dövriyyəsini və məntəqənin buraxılış qabiliyyətini dörd dəfə artırmağa imkan verib.

Prezident Astara qaz-kompressor stansiyasının açılışında da iştirak edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, stansiyada giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülüb.
Astara qaz-kompressor stansiyası Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilib. Naxçıvanın təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulub. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 6 "10 QKNAM" markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünun 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan İrana şimal sərhədlərində təbii qaz verir və bunun əvəzində İran Naxçıvana eyni həcmdə qaz verir. Naxçıvan Muxtar Respublikasının Ermənistanla münaqişə başlayandan, - 1991-ci ildən Azərbaycanla quru yolla birbaşa əlaqəsi kəsilib.

XS
SM
MD
LG