Accessibility links

Azərbaycan prezidenti Soçiyə səfər edəcək.


Azərbaycan prezidenti Soçiyə səfər edəcək.

Azərbaycan prezidenti Soçiyə səfər edəcək.

Ekspertlər hesab edir ki, müzakirələrin əsas mövzusu Qarabağ münaqişəsinin nizamlanması, Qəbələ RLS-in icarəsinə dair sazişin müddətinin uzadılması olacaq.

Avqustun 9-da prezident İlham Əliyev Soçiyə işgüzar səfərə gedəcək. Səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə həyata keçiriləcək. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların gündəliyi açıqlanmır. Ekspertlər hesab edir ki, müzakirələrin əsas mövzusu Qarabağ münaqişəsinin nizamlanması, Qəbələ RLS-in icarəsinə dair sazişin müddətinin uzadılması olacaq.

Xatırladaq ki, iyulun sonlarında Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıya səfər edib. RLS-in gələcək istismarı ilə bağlı tərəflər arasında bəzi məsələlərin hələ də açıq qalması istisna olunmur. Bunlar da dövlət başçıları səviyyəsində həll oluna bilər. Cənab Serdyukov bildirmişdi ki, Rusiya işçi qrupunun Bakıya səfərindən sonra, avqustun 15-dən sonra Azərbaycan və Rusiya müdafiə nazirləri arasında Qəbələ RLS-ə dair sazişin layihəsi hərtərəfli müzakirə olunacaq.

XS
SM
MD
LG