Accessibility links

Azərbaycan prezidenti və xanımı Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini qəbul edib


Azərbaycan prezidenti və xanımı Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini qəbul edib
Azərbaycan prezidenti və xanımı Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini qəbul edib

Avropa Yayım Birliyi Azərbaycanda keçirilən “Eurovision - 2012” mahnı müsabiqəsinin təxmini tarixlərini açıqlayıb. ANS PRESS agentliyinin məlumatına görə, Bakıda böyük Avropa musiqi bayramı 22, 24 və 26 may tarixlərində qeyd ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul edib.
Prezident və xanımı “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Müsabiqənin şərtlərinə görə, növbəti il mahnı müsabiqəsi qalib ölkədə keçirilir. Avropa Yayım Birliyi Azərbaycanda keçirilən “Eurovision – 2012” mahnı müsabiqəsinin təxmini tarixlərini açıqlayıb. ANS PRESS agentliyinin məlumatına görə, Bakıda böyük Avropa musiqi bayramı 22, 24 və 26 may tarixlərində qeyd ediləcək.

XS
SM
MD
LG