Accessibility links

Azərbaycan prezidenti Vladimir Putini təbrik edib


Prezident Əliyev hesab edir ki, strateji tərəfdaşlıq xalqların rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcək.

Martın 5-də prezident İlham Əliyev Rusiyanın Baş naziri Vladimir Putinə telefonla zəng edərək seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik bildirilib.
Prezident Əliyev Vladimir Putini Azərbaycana səfərə dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putinə Rusiya prezidenti seçilməsi münasibətilə təbrik teleqramı da göndərib. “Sizin seçkilərdə qələbəniz rusiyalıların sizə və sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir. Ölkələrimiz arasında çoxəsrlik xoş ənənələrə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycanla Rusiya arasında dövlətlərarası qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcək”, - deyə teleqramda bildirilir.

XS
SM
MD
LG