Accessibility links

Azərbaycan qeyri-hökumət təşkilatlarının maliyyə ehtiyaclarının 90 faizini xarici təşkilatlar ödəyir


Azərbaycan qeyri-hökumət təşkilatlarının maliyyə ehtiyaclarının 90 faizini xarici təşkilatlar ödəyir
Azərbaycan qeyri-hökumət təşkilatlarının maliyyə ehtiyaclarının 90 faizini xarici təşkilatlar ödəyir

QHT-lər həm vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, həm də ölkədə nəzarət funksiyasını yerinə yetirə bilir

Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Amerikanın səsi” radiosuna müsahibəsində 2010-cu ilin fevralınadək Ədliyyə nazirliyində 2483 qeyri-hökumət təşkilatının qeydiyyatdan keçdiyini bildirib. “Ancaq bu təşkilatlardan səkkiz yüzü real fəaliyyət göstərir. Qalanları hələ işini qura bilməyib”.

Onun sözlərinə görə, QHT-lər həm vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, həm də ölkədə nəzarət funksiyasını yerinə yetirə bilir. “QHT-lər ekologiyadan başlayaraq insan haqlarınadək bütün spektrləri əhatə edir”.

Cənab Zeyni QHT-lərin maliyyə mənbələrinin 90 faizinin xarici donorların hesabına formalaşdığını bildirib. “Ekspertlər Azərbaycandakı QHT-lərin illik maliyyə ehtiyacını 20 milyon ABŞ dolları məbləğində qiymətləndirir. Son üç ildə dövlət QHT-lərin maliyyələşdirilməsinə 5,3 milyon manat ayırıb. Beləliklə, illik tələbatın 5 faizi dövlət, 5 faizi biznes strukturları, 90 faizi isə xarici qurumların hesabına ödənilir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG