Accessibility links

İran Təbrizdə oğurlanmış Azərbaycan şairlərinin taleyi ilə bağlı məlumat vermir.

Mayın 29-da Azərbaycan İrana iki nota verib. Notaları İran tərəfinə Azərbaycanın Tehrandakı səfirliyi və Təbriz şəhərindəki baş konsulluğu təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, hər iki nota Azərbaycanın İranda yoxa çıxan iki gənc şairi - Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi ilə bağlıdır.

Mətbuat katibinin dediyinə görə, İran Azərbaycan Respublikasının vətəndaşı olan gənc şairlərin bu ölkədə olmasını rəsmən təsdiqləməyib. “Biz İrana bir neçə dəfə məktubla müraciət etmişik və bu ölkənin müvafiq qurumları ilə görüşlər keçirmişik. Lakin Azərbaycan tərəfinə hələ də cavab verilməyib”.
Azərbaycanın gənc şairləri İranda şer festivalında iştirak edib və mayın 2-də onları Təbrizdə bir qrup mülki geyimli şəxs naməlum istiqamətə aparıb.

XS
SM
MD
LG