Accessibility links

Azərbaycan İranı Vyana Konvensiyasına əməl etməyə çağırıb

Azərbaycanın Tehrandakı səfiri və Təbrizdəki baş konsulu hər gün İranda həbs edilən gənc azərbaycanlı ədiblər Fərid Hüseynovla Şəhriyar Hacıyevin taleyi ilə maraqlanır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünkü mətbuat konfransında deyib.
“Ümid edirik ki, İran tərəfi Vyana konvensiyalarının tələblərinə uyğun olaraq nəinki azərbaycanlı vətəndaşların taleyinə aydınlıq gətirəcək, həm də bizim konsulu onların yanına buraxacaq”, - deyə nazir vurğulayıb.
Jurnalistlərin xahişi ilə ikitərəfli münasibətlərdəki gərginliyi şərh edən cənab Məmmədyarov deyib ki, bu, Azərbaycan tərəfinin günahı üzündən yaranmayıb və rəsmi Bakı bu vəziyyətin tezliklə aradan qaldırılmasına tərəfdardır.

XS
SM
MD
LG