Accessibility links

Azərbaycan rəqəmsal teleyayıma keçir


Azərbaycan rəqəmsal teleyayıma keçir
Azərbaycan rəqəmsal teleyayıma keçir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayımın tətbiqi üzrə işi davam etdirir və bu ilin noyabrınadək bu yayımın ölkənin 85-90% ərazisini əhatə edəcəyi gözlənilir.

Bu ilin sonundan ölkədə rəqəmsal teleyayıma keçidə başlanılacaq, 2012-ci ildən isə analoq yayım tamamilə dayandırılacaq. Bu barədə Milli Televiziya və Yayım Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayımın tətbiqi üzrə işi davam etdirir və bu ilin noyabrınadək bu yayımın ölkənin 85-90% ərazisini əhatə edəcəyi gözlənilir. “Bundan sonra rəqəmsal yayımın başlanması haqqında qərar qəbul olunacaq”.

Rəqəmsal yayım tezlikdən səmərəli istifadəyə, təsvirin keyfiyyətinin yaxşılaşdırılmasına, istifadə olunan ötürücülərin azaldılması şəklində enerjiyə qənaət olunmasına imkan yaradacaq. Bakıda bir paketdə əhaliyə 10 telekanalın proqramı (9 ümummilli kanal və Türkiyənin TRT kanalı) təklif olunacaq.

Cənab Məhərrəmlinin sözlərinə görə, rəqəmsal yayımın texniki tətbiqi ilə bağlı problem yoxdur. “Lakin televizorların rəqəmsal yayım standartlarına uyğun olmaması ilə bağlı çətinliklər var. Rəqəmsal yayımda analoq televizorların istifadəsi üçün onlara 30-40 manat dəyərində olan xüsusi dekoderlər quraşdırmaq lazımdır”. Hazırda yerli “Kür” və “Peyk” zavodlarında dekoder istehsalı təşkil olunur. Bu, onların qiymətini aşağı salacaq.

Cənab Məhərrəmli aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsinin, məsələn, ünvanlı sosial yardım alan ailələrə dekoderlərin pulsuz verilməsinin vacibliyini qeyd edib.

XS
SM
MD
LG