Accessibility links

Azərbaycan, Rusiya və Ermənistan razılaşması pozulur


Azərbaycan, Rusiya və Ermənistan razılaşması pozulur

Azərbaycan, Rusiya və Ermənistan razılaşması pozulur

Azərbaycan Ermənistanı atəşkəs rejimini pozmaqda günahlandırır. Azərbaycan Müdafiə nazirliyi Ermənistanı razılaşmaya əməl etməyə çağırır

Azərbaycan Müdafiə nazirliyi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxanda qəbul etdiyi birgə bəyannamənin tələblərinin pozulduğu bildirilir. Sənəddə deyilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində səyləri gücləndirməsi zəruridir.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir ki, təkcə son sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozub və Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Nəticədə oktyabrın 31-də Azərbaycan ordusunun əsgəri Fərrux Zeynalov yaralanıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir ərəfədə Silahlı Qüvvələrə atəşkəs rejiminə əməl olunması barədə göstəriş verilib. Ancaq buna baxmayaraq qarşı tərəf vəziyyəti gərginləşdirməkdə davam edərək yenə də atəşkəs rejimini pozur. Azərbaycan Silahlı Qüvvələri göstərişi yerinə yetirərək düşmənə cavab atəşi açmayıb. Ermənistan başa düşməlidir ki, bu haldan sui istifadə etməsinə yol verilə bilməz və qarşılıqlı anlaşmaya riayət edilməzsə Azərbaycan tərəf cavab atəşi açmağa məcbur olacaq”, - deyə Müdafiə nazirliyi bildirir.

XS
SM
MD
LG