Accessibility links

Azərbaycan Rusiyaya 2 milyard kubmetr qaz satacaq


Azərbaycan Rusiyaya 2 milyard kubmetr qaz satacaq
Azərbaycan Rusiyaya 2 milyard kubmetr qaz satacaq

Azərbaycan və Rusiya enerji sahələrinin rəhbərlərinin gürüşü olub. Görüşdə Rusiyaya satılacaq Azərbaycan qazının həcminin artırılması barədə razılıq əldə edilib. Ukraynada isə SOCAR brendli 7 yanacaqdoldurma məntəqəsi açılıb.

Azərbaycan və Rusiya 2011-ci ildə Azərbaycandan qaz ixracı həcminin 2 milyard kubmetrə çatdırılması, 2012-ci ildə həcmin daha da artırılması barədə razılığa gəlib.

AzərTAc Agentliyinin məlumatına görə, razılıq yanvarın 21-də Sankt-Peterburqda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə görüşündə əldə edilib.
Tərəflər həmçinin razılaşıblar ki, qazın satış qiyməti neftin qiyməti ilə uzlaşdırılacaq və uzunmüddətli perspektivdə qaz həcminin ixracının artırılmasına heç bir məhdudiyyət qoyulmayacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin digər məlumatında isə deyilir ki, Ukraynanın Nikolayev və Odessa vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək ilk 7 yanacaqdoldurma məntəqəsi açılıb.
Yeni məntəqələr “SOCAR Energy Ukraine” MMC tərəfindən idarə olunacaqdır.

XS
SM
MD
LG