Accessibility links

Azərbaycan siyasi məhbuslar üzrə məruzəçini ölkəyə buraxmır


Azərbaycan siyasi məhbuslar üzrə məruzəçini ölkəyə buraxmır
Azərbaycan siyasi məhbuslar üzrə məruzəçini ölkəyə buraxmır

Rəsmi Bakı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi institutunun yalnız Azərbaycana münasibətdə işləməsinə etiraz edir və bu yanaşmanı ayrı-seçkilik hesab edir. Dünən Bakıda səfərdə olan Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq də cənab Ştrasserə viza verilməməsini pisləyib.

Almaniya bundestaqının deputat Kriştof Ştrasserin Azərbaycana giriş vizası verilməsindən imtina, onun Bakıya AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi qismində gəlmək istəyi ilə bağlıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev Turan Agentliyinə bildirib ki, viza verilməsindən imtina “siyasi məhbus” anlayışının “universal meyarlarının olmaması” ilə əlaqədardır. “Belə meyarlar olmadığı üçün səfərin həyata keçirilməsi əhəmiyyətini itirir”, deyə cənab Abdullayev qeyd edib.
Rəsmi Bakı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi institutunun yalnız Azərbaycana münasibətdə işləməsinə etiraz edir və bu yanaşmanı ayrı-seçkilik hesab edir. Dünən Bakıda səfərdə olan Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq də cənab Ştrasserə viza verilməməsini pisləyib. Kristofer Ştrasser bu ilin iyununda viza üçün müraciət edib və avqustda rəsmi yazılı imtina cavabı alıb. 2009-cu ilin mart ayında siyasi məhbuslar üzrə məruzəçi vəzifəsinə təyin edilmiş cənab Ştrasserin bundan əvvəl də bu missiya ilə Azərbaycana gəlməsinə razılıq verilməyib.
2001-2005-ci illərdə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə əvvəlki məruzəçiləri Corc Klerfayt (Belçika) və Malkolm Bryus (Böyük Britaniya) Azərbaycana səfərlər edib. Həmin vaxt hakimiyyət onların missiyalarını həyata keçirməsinə mane olmayıb.

XS
SM
MD
LG