Accessibility links

Azərbaycan-İsrail əlaqələri böyük potensiala malikdir


Azərbaycan-İsrail əlaqələri böyük potensiala malikdir

Azərbaycan-İsrail əlaqələri böyük potensiala malikdir

Danışıqlarda Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğu bildirilib və siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cənab Barak İsrail-Azərbaycan əlaqələrinin dinamik inkişaf etdiyini deyib.

Cənab Məmmədyarov isə Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu bildirib və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Cənubi Qafqaz və Yaxın Şərqdə cərəyan edən proseslər müzakirə olunub.

İsrailin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycan Milli Məclisində də görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG