Accessibility links

Azərbaycan Sərhəd Xidməti Amerika vətəndaşının Azərbaycan-İran sərhəddindən keçmədiyini bildirir


Azərbaycan Sərhəd Xidməti Amerika vətəndaşının Azərbaycan-İran sərhəddindən keçmədiyini bildirir

Azərbaycan Sərhəd Xidməti Amerika vətəndaşının Azərbaycan-İran sərhəddindən keçmədiyini bildirir

Azərbaycan Dövlət Sərhəd Xidməti adı müxtəlif cür qeyd olunan elə bir şəxsin Azərbaycana gəlməsi və ya getməsi faktını qeydə almayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti bir sıra xarici və yerli mətbuatda İran-Azərbaycan sərhədində erməni mənşəli ABŞ vətəndaşının saxlanılması barədə yayılan məlumatları təkzib edib.
Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, bir sıra xarici KİV-lər yanvarın 7-də Nordust (digər məlumatlara görə Culfa) nəzarət-buraxılış məntəqəsində 34 yaşlı Amerika vətəndaşı Xol Talayanın (digər məlumatlara görə 55 yaşlı Falayan) saxlanıldığı barədə məlumat yayıb. «Məlumatların bəziləri həmin şəxsin Azərbaycan ərazisindən istifadə etməklə İrana keçməsi və ya Azərbaycan-İran sərhədində saxlanılması kimi yanlış təsəvvürlər yarada bilər. Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, adı müxtəlif cür qeyd olunmuş elə bir şəxsin Azərbaycana gəlməsi və ya getməsi faktı qeydə alınmayıb».

Xatırladaq ki, ilk olaraq İranın internet mediası 55 yaşlı erməni əsilli Amerika vətəndaşı Hall Talayanın Ermənistan-İran sərhəddini qanunsuz keçməsi və İranda həbs edilməsi barədə məlumat yayıb.

XS
SM
MD
LG