Accessibility links

Azərbaycan Suriyaya qaz satacaq


Azərbaycan Suriyaya qaz satacaq
Azərbaycan Suriyaya qaz satacaq

Azərbaycan 2016-cı ildə Suriyaya 2 mlrd kubmetr qaz satmaq niyyətindədir

Azərbaycan 2016-cı ildə Suriyaya təxminən 2 mlrd. kubmetr qaz ixrac etmək niyyətindədir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
İxracat Türkiyə ərazisindən həyata keçiriləcək və Türkiyənin Botas şirkəti ilə tariflər barədə danışıqlar aparılır. "2012-ci ildən Suriyaya qaz ixracına başlamaq üçün gələn il işlər davam etdiriləcək. Qaz ixracının ilkin həcmi 1 mlrd. kub metr təşkil edəcək və üç il ərzində iki dəfə artırılacaq",- deyə cənab Abdullayev bildirib.
Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya və İrana qaz satır. Avropaya (Avstriya və İtaliya) qaz ixracı planlaşdırılır. Azərbaycanda qaz ehtiyatları 2 trln. kub metr təşkil edir.

XS
SM
MD
LG