Accessibility links

Azərbaycan turistlər üçün viza rejimini asanlaşdıracaq


Azərbaycan turistlər üçün viza rejimini asanlaşdıracaq

Azərbaycan turistlər üçün viza rejimini asanlaşdıracaq

Turistlərin turizm şirkətləri vasitəsilə viza alması daha da asanlaşacaq. Turizm şirkətləri viza almaq üçün elektron qaydada birbaşa Azərbaycanın səfirliklərinə və konsulluqlarına müraciət edəcək. Vizalar elektron formada tərtib ediləcək və turizm firmalarının elektron ünvanına göndəriləcək.

Azərbaycan hökuməti viza verilməsi problemini yüngülləşdirmək qərarına gəlib.
Turan Agentliyi Azərbaycan Prezident Administrasiyasına istinadən bildirir ki, turistlərə vizaların verilməsi qaydalarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə yeni qanun layihəsi hazırlanıb parlamentə təqdim edilib.
Sənədə əsasən, bundan sonra turistlərin turizm şirkətləri vasitəsilə viza alması daha da asanlaşacaq. Turizm şirkətləri viza almaq üçün elektron qaydada birbaşa Azərbaycan Respublikasının aidiyyəti səfirliklərinə və konsulluqlarına müraciət edə biləcəklər. Vizalar elektron formada tərtib ediləcək və turizm firmalarının elektron ünvanına göndəriləcək. Elektron formada verilən vizalar pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur.
Azərbaycanın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqları avtomatlaşdırılmış giriş-çıxış sisteminə (informasiya axtarışı və qeydiyyat) cəlb edilib və viza almaq üçün müvafiq informasiya əldə edilməsi təmin olunub.
Turist firmaları həmçinin poçtla Azərbaycanın səfirlikləri və konsulluqlarından viza ala bilərlər.
Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə formaları, dövlət rüsumu və digər zəruri məlumatlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və xarici ölkələrdəki səfirlik və konsulluqlarının internet səhifələrində yerləşdiriləcək.
Yeni asanlaşdırılmış qaydalarla 15 gün müddətində müraciətlərə baxılacaq və viza verilməsi təmin ediləcək.Turist vizaları 30 gün etibarlı olacaq. Azərbaycanın beynəlxalq aeroportlarında turistlər üçün viza verilməsi nəzərdə tutulmur.
Yeni qaydalar İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) tövsiyələri əsasında hazırlanıb. Mərkəz «Vizaya kömək haqqında» (http://novisa.az/ en/publications ) məruzə hazırlayıb və o, PASOS (Açıq Cəmiyyət üçün Strateji Assosiasiya) layihəsinin “Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında vizasız hərəkətin Yol Xəritəsi”nin bir hissəsidir. Onu Açıq Cəmiyyət Fondlarının Yerli Özünüidarə Orqanları və Kommunal Xidmətdə İslahatlar Təşəbbüsü (LGI) dəstəkləyir.
Məruzəni müxtəlif dövlət strukturları ilə müzakirə edəndən sonra hökumət xarici turistlər üçün viza rejiminin sadələşdirilməsi barədə qərar qəbul edib, deyə CESD-də Turana məlumat veriblər.
Məlumdur ki, viza rejimi 2010-cu ilin oktyabrında Azərbaycanda parlament seçkiləri ərəfəsində sərtləşdirilib.

XS
SM
MD
LG