Accessibility links

Görüş iyunun 8-də Trabzonda olacaq

İyunun 8-də Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcəkdir.
Türkiyənin Trabzon şəhərində keçiriləcək görüşdə ölkələrarası və regional əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaqdır.
Nazirlər Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Qriqol Vaşadze arasında ikitərəfli danışıqlar da olacaqdır.

Turan Agentliyinin məlumatına görə isə iyunun 9-da Qarsda (Türkiyə) Türkiyə, Gürcüstan və Azərbaycanın dövlət və özəl strukturlarının iştirakı ilə üçtərəfli biznes forum olacaq. İlk forum fevralda Tbilisidə keçirilib.
Üçtərəfli görüşdə Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Forumda biznesin müxtəlif sahələrinin (kənd təsərrüfatı, tikinti, sənaye, turizm, tekstil, daşınmaz əmlak və s) nümayəndələri iştirak edəcək.
Son 5 ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 800 mln ABŞ dolları investisiya qoyub. Bunun 700 mln-u ARDNŞ-nin payına düşür. Azərbaycanda Gürcüstan sərmayələri ilə 106, Gürcüstanda Azərbaycan sərmayələri ilə 272 şirkət qeydiyyata alınıb. 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 36% artıb. Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına 4,5 mlrd ABŞ dolları məbləğində investisiya qoyub. Azərbaycanda Türkiyə sərmayələri ilə 967, Türkiyədə Azərbaycan sərmayələri ilə 844 şirkət fəaliyyət göstərir. 2011-ci ildə Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 87% artıb.

XS
SM
MD
LG