Accessibility links

Nazirlər regional məsələləri müzakirə edəcək.

Martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü olacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, əvvəlcə nazirlər təkbətək görüşlər keçirəcək. Sonra nazirlərin üçtərəfli görüşü olacaq və görüş geniş tərkibdə davam edəcək.

Azərbaycan xarici işlər naziri bu gün jurnalistlərə bildirib ki

xarici işlər nazirlərinin görüşündə regional məsələlər müzakirə olunacaq.
”Həm ikitərəfli münasibətləri müzakirə edəcəyik, həm də üçtərəfli əlaqələr barədə fikir mübadiləsi aparacağıq. Biz üçtərəfli olaraq ticarət və iqtisadi əlaqələrimizi gücləndirəcəyik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG