Accessibility links

Azərbaycan və Amerika birgə komandası enerji obyektlərində riskləri qiymətləndirəcək


Azərbaycan və Amerika birgə komandası enerji obyektlərində riskləri qiymətləndirəcək

Azərbaycan və Amerika birgə komandası enerji obyektlərində riskləri qiymətləndirəcək

Bu problemlərin bir qismi təbii risklərdir (məsələn, güclü tufanlar), texnogen xarakterli risklər (məsələn, Meksika körfəzində neft sızması buna bir nümunədir) və bəzi risklər isə terrorizmə bağlıdır.

“Amerika xeyli müddətdir ki, Azərbaycan hökumətinə enerji infrastrukturlarının çoxsaylı müxtəlif risklərdən qorunmaq sahəsində köməklik göstərmək üçün danışıqlar aparır”. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Səsi radiosunun Amerika ilə Azərbaycan arasında enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dünən baş nazir Artur Rasizadə ilə aparılan danışıqlar barədə sualının cavabında bildirib.

Onun fikrincə, ABŞ bu sahədə çox böyük təcrübəyə malikdir: “Amerika xüsusilə dənizdə neftçıxarma obyektlərində müxtəlif ciddi problemlərin qarşısının alınması sahəsində çox böyük təcrübəyə malikdir. Bu problemlərin bir qismi təbii risklərdir (məsələn, güclü tufanlar), texnogen xarakterli risklər (məsələn, Meksika körfəzində neft sızması buna bir nümunədir) və bəzi risklər terrorizmə bağlıdır”.
Səfirin dediklərinə görə, Amerika və Azərbaycan mütəxəssislərindən ibarət komandalar bu riskləri anlamaq və təcrübə mübadiləsi aparmaq üçün birgə işləyəcək. “Amma bu hər hansı hərbi əməliyyatla və ya Amerikanın hansısa bazasının, əsgərlərinin, hərbi dəniz qüvvələrinin burada yerləşdirilməsi ilə qəti bağlı deyil. Burada fəaliyyət sadəcə mövcud risklərin qiymətləndirilməsi və bu sahə üzrə əməliyyatların aparılmasından ibarətdir”, - o qeyd edib.

XS
SM
MD
LG