Accessibility links

Azərbaycan və Amerika hərbi əməkdaşlığı müzakirə edilib


Azərbaycan və Amerika hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Amerika hərbi əməkdaşlığı müzakirə edilib

ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollender ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollenderi qəbul edib.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Azərbaycanın müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri diqqətə çatdırıb.

Xanım Vollander də ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Həmçinin görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəsinin Azərbaycanda yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.

XS
SM
MD
LG