Accessibility links

Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasına hazırdır


Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasına hazırdır

Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasına hazırdır

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) birgə bəyanatla çıxış edib. Sənəddə deyilir ki, həmsədrlər martın 26-dan 29-dək Yerevan və Dağlıq Qarabağda səfərdə olub. Martın 27-də Dağlıq Qarabağın de-fakto rəhbərliyi danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb, martın 28-də isə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına xidmət edən Baza Prinsiplərinə Ermənistan tərəfinin şərhlərini müzakirə etmək məqsədilə Yerevanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb.

Ermənistanda olduqları müddətdə həmsədrlər ayrı-ayrılıqda bır sıra ikitərəfli görüşlər də keçirib.

Həmsədrlər münaqişə tərəfləri ilə onlar arasında Paris və regionda keçirilmiş son görüşlərdən sonra tərəflərin münaqişənin Madrid Prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanmasına hazır olduğunu məmnunluqla qeyd edib.

Xatırladaq ki, ötən ilin sonlarında Minsk qrupunun həmsədrləri Praqa prosesi çərçivəsində hazırladıqları yenilənmiş Madrid sənədini tərəflərə təqdim edib. Azərbaycan tərəfi sənədi qəbul etdiyini bəyan edib. Azərbaycan xarici işlər nazirliyi hesab edir ki, yenilənmiş Madrid sənədini Ermənistan qəbul edərsə Böyük Saziş layihəsi üzərində işləməyə keçmək mümkün olacaq.

XS
SM
MD
LG