Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır


Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır

Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri 2011-ci ildə martın 5-də Soçidə və iyunun 24-də Kazanda ğörüşüb.

Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə yanvarın sonlarında Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü hazırlanır. Bu barədə Turan Agentliyi məlumat yayıb.

Yanvarın sonlarında iki ölkə prezidentinin görüşünün olacağı ilə bağlı Ermənistan mediası da yazıb.

Bununla yanaşı, hələ nə Rusiya, nə Azərbaycan, nə də Ermənistan prezidentlərinin mətbuat xidmətləri görüşün keçiriləcəyi ilə bağlı xəbərləri təsdiq etməyib.
Xatırladaq ki, Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri 2011-ci ildə martın 5-də Soçidə və iyunun 24-də Kazanda görüşüb. Kazan görüşündən sonra Rusiya prezidenti tərəflər əldə edilmiş razılıqları yerinə yetirmək öhdəliyi götürməsələr, bundan sonra görüşlər təşkil etməyəcəyini bildirmişdi. Kazan görüşündə tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış təməl həll prinsiplərini tamamilə razılaşdırmalı idi. Lakin, Kazanda tərəflər razılığa gələ bilmədi və bir-birini ittiham etməyə başladı. Azərbaycan Ermənistanın hələ də münaqişənin nizamlanmasının baz prinsiplərini ehtiva edən yenilənmiş Madrid sənədini qəbul etmədiyini bildirir.

XS
SM
MD
LG