Accessibility links

Azərbaycan və Ermənistan əsirləri qaytarıb


Azərbaycan və Ermənistan əsirləri qaytarıb

Azərbaycan və Ermənistan əsirləri qaytarıb

2009-cu il mayında əsir düşmüş Azərbaycan Ordusunun əsgəri Anar Hacıyev Azərbaycan tərəfinə təhvil verilib. Həmçinin 2009-cu ilin mayında Azərbaycan ərazisində yerli sakinlərə pənah gətirmiş Ermənistan vətəndaşı olan mülki şəxs Artur Badalyan Ermənistan tərəfinə verilib.

Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində Azərbaycandakı bir mülki şəxs Ermənistana, Ermənistandakı bir hərbi əsir isə Azərbaycana qaytarılıb. Əsirlərin qaytarılması prosesi Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə baş tutub.

Beləliklə, 2009-cu il mayında əsir düşmüş Azərbaycan Ordusunun əsgəri Anar Hacıyev Azərbaycan tərəfinə təhvil verilib. Həmçinin 2009-cu ilin mayında Azərbaycan ərazisində yerli sakinlərə pənah gətirmiş Ermənistan vətəndaşı olan mülki şəxs Artur Badalyan Ermənistan tərəfinə verilib.

Azərbaycanın Əsir, İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş Üzrə Dövlət Komisiyasının nümayəndəsinin dediyinə görə, 2009-cu ilin fevralında könüllü olaraq Azərbaycan tərəfinə keçmiş üç erməni hərbi əsir - Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyan isə artıq üçüncü ölkəyə göndərilib.

XS
SM
MD
LG