Accessibility links

Minsk qrupunun həmsədrləri nazirlərlə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin irəlilədilməsi yollarını müzakirə edib.

Bu gün Parisdə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü keçirilib.
ATƏT-in rəsmi saytının məlumatına görə, həmsədrlər nazirlərlə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin irəlilədilməsi yollarını, habelə humanitar əlaqələrin inkişaf etdirilməsi, atəşkəs rejiminin pozulması hallarının araşdırılması, tarixi və mədəni dəyərlərin qorunub saxlanması üzrə etimad mexanizminin yaradılması yollarını müzakirə edib.
Həmsədrlər həmçinin təmas xəttində son hadisələrlə bağlı dərin narahatlıqlarını bildirib və tərəfləri 1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminə hörmət etməyə çağırıb.
Öz növbəsində, nazirlər sülh yolu ilə nizamlanmaya nail olmaq və danışıqlar atmosferini yaxşılaşdırmaq üçün etimad tədbirləri yaratmaq məqsədilə həmsədrlərlə işi davam etdirmək qətiyyətlərini ifadə edib.
Görüş müsbət və konstruktiv şəraitdə keçib. Yaxın həftələrdə həmsədrlər regiona səfər edəcək.

XS
SM
MD
LG