Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü nəticəsiz olub (audio)


Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri
Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri

ATƏT-in Minsk qrupunun açıqladığı birgə bəyanat isə hər iki tərəfi güc tətbiqindən imtinaya çağırır

Bu gün Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşün nəticəsiz olduğunu bildirib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Politoloq Eldar Namazov Amerikanın səsinə verdiyi müsahibə deyib ki, bu yaxınlarda Madrid prinsiplərinin açıqlanması və bu gün xarici işlər nazirinin görüşün nəticəsiz olduğunu söyləməsi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli siyasətində dəyişiklik etdiyinə işarədir. Onun sözlərinə görə, Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etməməsi prosesə mənfi təsir göstərir və beynəlxalq ictimaiyyəti narahat edir. O, Ermənistanı ifşa etmək üçün Azərbaycan hökumətinin Madrid prinsiplərini beynəlxalq ictimaiyyətə şəffaf şəkildə açıqlamasını məsləhət görüb. Müsahibəni buradan dinləyin:

XS
SM
MD
LG