Accessibility links

Azərbaycan və Gürcüstan Qars-Tbilisi-Bakı dəmir yolunu müzakirə edib


Azərbaycan və Gürcüstan Qars-Tbilisi-Bakı dəmir yolunu müzakirə edib

Azərbaycan və Gürcüstan Qars-Tbilisi-Bakı dəmir yolunu müzakirə edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 13-14-də Tbilisidə səfərdə olub. O prezident Mixail Saakaşvili, baş nazir Nika Gilauri və parlamentin sədri David Bakradze ilə görüşüb.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bildirib ki, Gürcüstan və Azərbaycan münasibətlərində problemlər olmayan strateji tərəfdaşlardır.
Cənab Məmmədyarov iyunun 13-14-də Tbilisidə səfərdə olub və prezident Mixail Saakaşvili, baş nazir Nika Gilauri və parlamentin sədri David Bakradze ilə görüşüb.

Tərəflər energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər, “Qars-Axalkalaki (Türkiyə-Gürcüstan) dəmir yolunun tikintisinə xüsusi diqqət yetirilib”, - deyə Gürcüstanın Hökumət Aparatının məlumatında bildirilir.
Gürcüstan prezidentinin administrasiyası xəbər verir ki, Saakaşvili və Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlıq, o cümlədən regional və beynəlxalq məsələləri müzakirə edib.
Turan Agentliyinin məlumatına görə, bu il mayın 31-də Gürcüstan parlamenti Azərbaycanın Bakı-Tbilisi-Qars layihəsinin yekunlaşdırılması üçün Gürcüstana əlavə olaraq 575 mln. dollar məbləğində uzunmüddətli kredit ayırması haqqında sazişi təsdiq edib.
2007-ci ildə Azərbaycan Gürcüstana dəmiryolunun Gürcüstan hissəsinin tikintisi və bərpasının maliyyələşdirilməsi üçün 200 mln. dollar kredit ayırıb. Son məbləğ də daxil olmaqla, kreditin ümumi həcmi 775 mln. ABŞ dolları təşkil edir.

XS
SM
MD
LG