Accessibility links

Azərbaycan və Rusiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə aparacaq


Azərbaycan və Rusiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə aparacaq

Azərbaycan və Rusiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə aparacaq

Azərbaycan və Rusiya narkotiklərin qanunsuz dövriyyəsinə birgə mübarizə ilə bağlı saziş imzalayıb

Bakıda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Vladimir İvanov bildirib ki, sənəd narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin qarşılıqlı fəaliyyətini, müntəzəm kəşfiyyat informasiyası mübadiləsini, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Cənab İvanov deyib ki, İran-Azərbaycan-Rusiya marşrutu Əfqanıstandan Rusiyaya, oradan isə Avropaya narkotik maddələrin daşınması yollarından biridir.

Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, son bir ildə Azərbaycan milli təhlükəsizlik orqanlarının apardığı tədbirlər nəticəsində 1 ton 200 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. “Bu tədbirlər sırasına Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin birgə həyata keçirdiyi 11 əməliyyat nəticəsində 800 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması, 22 nəfərin məsuliyyətə cəlb edilməsi də daxildir”, - deyə o qeyd edib.

Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin rəhbəri Vladimir İvanovun görüşündə həmçinin regional problemlər, kriminal vəziyyət, narkotiklərin qanunsuz istehsalı, kultivasiya olunduğu ehtimal olunan ərazilər, daşınma marşrutları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG