Accessibility links

Azərbaycan və Rusiya Qəbələ RLS-ə dair müqaviləni 2025-ci ilədək uzadacaq


Azərbaycan və Rusiya Qəbələ RLS-ə dair müqaviləni 2025-ci ilədək uzadacaq

Azərbaycan və Rusiya Qəbələ RLS-ə dair müqaviləni 2025-ci ilədək uzadacaq

Qəbələ RLS-in icarəsi və istismar şərtləri haqqında Azərbaycan-Rusiya sazişinin müddəti 2012-ci il dekabrın 24-də bitir. Qəbələ RLS sovet dövründə SSRİ-nin raket hücumu əleyhinə ən mühüm elementlərindən biri kimi tikilib.

Noyabrın 17-də Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qəbələ Radiolokasiya Stansiyasına (RLS) dair müqavilənin 2025-ci ilədək uzadılması üçün birgə işin aparılması qaydalarını müzakirə edib. Bu barədə Rusiya müdafiə nazirinin mətbuat katibi İrina Kovalçuk jurnalistlərə bildirib.

Rusiya hərbi idarəsinin rəhbəri Anatoli Serdyukovun azərbaycanlı həmkarı Səfər Əbiyevlə ikitərəfli görüşü Almatıda MDB ölkələri Müdafiə Nazirləri Şurasının 61-ci iclasından sonra keçirilib. “Görüş zamanı Rusiya və Azərbaycan Müdafiə nazirlikləri arasında bu məsələyə dair sazişi möhkəmləndirən sənədin qısa müddətdə imzalanmaya hazırlanması üçün işin canlandırılması barədə razılıq əldə olunub”, - xanım Kovalçuk bildirib.

Qəbələ RLS-in icarəsi və istismar şərtləri haqqında Azərbaycan-Rusiya sazişinin müddəti 2012-ci il dekabrın 24-də bitir. Qəbələ RLS sovet dövründə SSRİ-nin raket hücumu əleyhinə ən mühüm elementlərindən biri kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni davam etdirib. Rusiya tərəfindən RLS-in icarəsinə dair onillik saziş 2002-ci ildə imzalanıb. Mayda Rusiya kosmik qoşunları bəyan edib ki, Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsi olan Qəbələ RLS Avropa RƏM sisteminə inteqrasiyasının bir halqası ola bilər.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov isə bildirib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasını tam şəkildə yenidən qurmağı və eyni zamanda icarəyə götürülmüş ərazinin həcmini azaltmağı planlaşdırır.

Cənab Serdyukov deyib ki, yeni qurulacaq RLS zavodda hazırlanacaq və Qəbələ RLS-in ərazisində quraşdırılacaq. “Qəbələ radiolokasiya stansiyasının imkanlarının artırılması çox vacibdir. Rusiya hazırda bu stansiyanı tam modernizə etməyi arzulayır. Azərbaycan buna etiraz etmir, hazırda məsələnin maliyyə tərəfini nizamlamaq qalıb. Onlar icarə haqqının artırılmasını istəyir, biz isə icarəyə götürülmüş ərazinin həcmini azaltmaq və icarə haqqını əvvəlki səviyyədə saxlamaq istəyirik. Yeni stansiya qurulduqdan sonra bizə bu qədər ərazi lazım deyil. O zaman bizə su və elektrik enerjisi də indiki qədər lazım olmayacaq. Azərbaycanlı həmkarımla yaxın vaxtlarda işçi qrup səviyyəsində müzakirələrin Bakıda davam etdirilməsi barədə razılığa gəlmişik. Razılaşma əldə edə bilməməyimizə dair heç bir narahatlığım yoxdur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG