Accessibility links

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib


Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

Tərəflər Türkiyə ilə Azərbaycanı birləşdirən qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə quru qoşunları komandanı Erdal Ceylanoğlunun Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşü olub.

Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əbiyev Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə bərkidiyini, qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirib.

Eyni fikri bölüşən cənab Ceylanoğlu da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulayıb.

Mətbuat xidməti bildirir ki, hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri müzakirələrin əsas mahiyyətini təşkil edib.

XS
SM
MD
LG