Accessibility links

Azərbaycan vətəndaş cəmiyyəti avtoritarizmdən demokratiyaya keçidlə bağlı xartiya imzalayıb


Azərbaycan vətəndaş cəmiyyəti avtoritarizmdən demokratiyaya keçidlə bağlı xartiya imzalayıb
Azərbaycan vətəndaş cəmiyyəti avtoritarizmdən demokratiyaya keçidlə bağlı xartiya imzalayıb

Azərbaycan Avrointeqrasiya İctimai Komitəsi, Ziyalılar Forumu, Alumni Netwok Şəbəkəsi “Demokratiyaya doğru 7 addım” İctimai Xartiyasının təqdimatını keçirib. Tədbirdə çoxsaylı ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Avrointeqrasiya İctimai Komitəsi, Ziyalılar Forumu, Alumni Netwok Şəbəkəsi “Demokratiyaya doğru 7 addım” İctimai Xartiyasının təqdimatını keçirib. Tədbirdə çoxsaylı ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
İctimai Xartiya Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin zəruriliyi ilə bağlı geniş ictimai konsensus əldə olunmasını ehtiva edir. Sənəd aşağıdakı 7 bənddən ibarətdir:
1. Sabiq prezidentlərin statusu haqqında qanunun qəbulu və bu qanunun sabiq prezidentlərə - Ayaz Mütəllimova, Əbülfəz Elçibəyə, Heydər Əliyevə və onların ailə üzvlərinə şamil edilməsi;
2. Siyasi amnistiyanın verilməsini: siyasi motivlərlə qaldırılmış bütün cinayət təqiblərinin ləğv edilməsi, Azərbaycandan kənara getməyə məcbur olmuş bütün siyasi xadimlərin vətənə qayıtmasının təmin edilməsi;
3. İqtisadi-maliyyə amnistiyası verilməsi: kölgə iqtisadiyyatının ləğv edilməsi və leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına siyasi və hüquqi təminatlar verilməsi;
4. Azərbaycan cəmiyyətinə hesabat verən, dərin siyasi və iqtisadi islahatlar keçirəcək islahatçı Milli Etimad Hökumətinin formalaşdırılması;
5. Dövlət İdarəetməsinin Konstitusiya islahatı barədə ümumxalq referendumunun keçirilməsi;
6. Qarışıq majoritar-proporsional sistem üzrə azad, ədalətli parlament seçkiləri keçirmək və çoxpartiyalı sistemin formalaşdırılması, avtoritarizmdən demokratiyaya keçid prosesinin dönməzliyinin təmin edilməsi;
7. Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin və imzalanmış müqavilələrin yerinə yetirilməsi.
Xartiyaya qoşulanlar indiki siyasi durumu vətəndaşların bütün əsas siyasi, sosial, iqtisadi haqlarını və azadlıqlarını kobudcasına pozan avtoritar, korrupsiyalaşmış sistem kimi qiymətləndirir. “Biz hesab edirik ki, qansız, davasız və qarşıdurmasız avtoritarizmdən demokratiyaya keçə bilərik. Bunun üçün ilk öncə cəmiyyətdə milli birlik yaratmaq üçün eks-prezidentlər haqqında qanun qəbul edilməli, siyasi ittihamlara və həbslərə son qoyulmalı, iqtisadi-maliyyə amnistiya elan edilməli və fundamental azadlıqlar təmin edilməlidir”, - deyə İctimai Forumun prezidenti Eldar Namazov qeyd edib.
O, həmçinin bu keçidin təmin edilməsi üçün Milli Etimad Hökumətinin yaradılmasını və yeni parlament seçkilərinin keçirilməsini vacib sayır. “Biz prezident məsələsi barədə danışmırıq. Prezident də islahatların keçirilməsinin vaxtının çatdığını və bizim hətta gecikdiyimizi bilməlidir. Biz bu keçidi həyata keçirməsək, xalq özü bunu edəcək. Biz eyni zamanda cəmiyyətə bildiririk ki, yalnız demokratik dəyişikliklər uğrunda çalışırıq. Bu, heç də yenidən mülkiyyət bölgüsü deyil. Bu səbəbdən də qabaqcadan iqtisadi-maliyyə amnistiyasının tətbiqini istəyirik”, - deyə cənab Namazov bildirib.
Çoxsaylı çıxışlarda xartiya dəstəklənib. Çıxışlarda demokratiyanın alternativinin olmadığı bildirilib. “Demokratiyaya keçid qarşılıqlı etimadın yaradılmasından keçməlidir. Fundamental azadlıqlar və siyasi dialoq bərpa olunmalıdır. Cəmiyyətdə hörmət qazanmış insanların iştirakı ilə Milli Etimad Hökuməti qurulmalıdır. Bütün qurumlarda, fondlarda, o cümlədən Neft Fondu və Heydər Əliyev Fondunda şəffaflıq təmin edilməlidir”, - deyə Avrointeqrasiya Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər qeyd edib.

XS
SM
MD
LG