Accessibility links

Azərbaycan xarici işlər naziri Amerikada səfərdədir

Səfər çərçivəsində nazir Məmmədyarov ilk öncə Nyu-York şəhərində BMT-nin Baş Qərargahında İslam Konfransı Təşkilatı səfirlərinin görüşündə çıxış edəcək, BMT-nin Baş Katibi Ban Ki-mun ilə görüşəcək, Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri və Asiya dövlətlərinin BMT yanında daimi nümayəndələri ilə görüşlər keçirəcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Amerikaya işgüzar səfəri başlayıb.

Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər mayın 29-dan iyunun 3dək davam edəcək.

Səfər çərçivəsində nazir Məmmədyarov ilk öncə Nyu-York şəhərində BMT-nin Baş Qərargahında İslam Konfransı Təşkilatı səfirlərinin görüşündə çıxış edəcək, BMT-nin Baş Katibi Ban Ki-mun ilə görüşəcək, Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri və Asiya dövlətlərinin BMT yanında daimi nümayəndələri ilə görüşlər keçirəcək.

Sonra nazir, Vaşinqton şəhərində ABŞ Dövlət Katibi Hillari Klinton, Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru xanım Fiona Hill ilə görüşəcək.

XS
SM
MD
LG