Accessibility links

Azərbaycan xarici işlər naziri BMT-nin baş katibi ilə görüşüb


Azərbaycan xarici işlər naziri BMT-nin baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri BMT-nin baş katibi ilə görüşüb

Elmar Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin baş qərargahında təşkilatın baş katibi Pan Gi Munla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə cənab Mun BMT ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi barədə baş katibə ətraflı məlumat verib.
Pan Gi Mun isə münaqişənin sülh yolu ilə tezliklə həllinin vacibliyini vurğulayıb.
Elmar Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkənin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri baş katibin diqqətinə çatdırıb.

Azərbaycan xarici işlər naziri həmçinin BMT Baş Qərargahında İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin BMT yanında Daimi Nümayəndələrin səviyyəsində keçirilən İKT Qrupunun iclasında iştirak edib, Ərəb Dövlətləri Liqasının BMT yanında Daimi nümayəndələri ilə görüşüb .
Cənab Məmmədyarov bütün görüşlərində üzv dövlətləri BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.

XS
SM
MD
LG