Accessibility links

Azərbaycan xarici işlər naziri dövlət başçılarının zirvə görüşü və Afrika ölkələrinə yardımla bağlı toplantılarda çıxış edib


Azərbaycan xarici işlər naziri dövlət başçılarının zirvə görüşü və Afrika ölkələrinə yardımla bağlı toplantılarda çıxış edib
Azərbaycan xarici işlər naziri dövlət başçılarının zirvə görüşü və Afrika ölkələrinə yardımla bağlı toplantılarda çıxış edib

Cənab Məmmədyarov Afrika buynuzundakı humanitar böhranın aradan qaldırılması üçün bütün dövlətlərin həmrəyliyinin vacibliyini diqqətə çatdırıb. Nazir humanitar fəlakətdən əziyyət çəkən Somali, Keniya, Efiopiya və Cibutiyə maliyyə dəstəyi göstərilməsini vacib sayır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib.

Iclasda Qazaxıstanda keçiriləcək Zirvə Görüşwnə hazırlıq məsələləri və qəbul olunacaq sənədlər ətrafında fikir mübadiləsi aparılıb. İclas zamanı türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və mövqelərinin əlaqələndirilməsinin vacibliyi qeyd olunub, eyni zamanda, bu istiqamətdə mütəmadi fəaliyyət göstərilməsi, həmçinin bir s;ra üzv dövlətlərin müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planının hazırlanması barədə müzakirələr aparılıb.

Nazir Məmmədyarov Afrika buynuzundakı humanitar vəziyyətlə bağlı nazirlərarası görüşdə də çıxış edib. Cənab Məmmədyarov Afrika buynuzundakı humanitar böhranın aradan qaldırılması üçün bütün dövlətlərin həmrəyliyinin vacibliyini diqqətə çatdırıb. Humanitar fəlakətdən əziyyət çəkən Somali, Keniya, Efiopiya və Cibutiyə maliyyə dəstəyi göstərilməsi üçün BMT BA Sessiyası çərçivəsində belə bir tədbirin keçirilməsinin vacibliyini və yardımların artırılmasının zəruriliyini vurğulayıb. Azərbaycanın da təbii fəlakətdən əziyyət çəkən bu ölkələrə dəstək vermək məqsədi ilə yardım etdiyini və bu yardımların gələcəkdə də davam etdiriləcəyini bildirib.

Cənab Məmmədyarov həmçinin ASEAN və İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci nazirlərarası görüşündə də çıxış edib. O, iki qurum arasında əməkdaşlığın davam etdirilməsinin bütün region dövlətlərinin maraqlarına cavab verdiyini qeyd edib, eyni zamanda, üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini, bu məqsədlə konfransların, biznes forumların, turist turlarının təşkili və investisiya imkanlarının araşdırılması üçün qarşılıqlı missiyaların həyata keçirilməsini təklif edib.

XS
SM
MD
LG