Accessibility links

Azərbaycan xarici işlər naziri Əfqanıstan üzrə konfransda çıxış edəcək


Azərbaycan xarici işlər naziri Əfqanıstan üzrə konfransda çıxış edəcək

Azərbaycan xarici işlər naziri Əfqanıstan üzrə konfransda çıxış edəcək

Əfqanıstan üzrə 4-cü Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində keçirilən Biznes Forumda Azərbaycan biznesmenləri iştirak edir

Azərbaycan xarici işlər naziri Əfqanıstan üzrə 4-cü Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) çıxış edəcək. Konfrans noyabrın 2-3-də İstanbulda keçiriləcək.

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Elmar Məmmədyarov bu gün konfransda iştirak məqsədilə İstanbula gedib.

Türkiyə və Əfqanıstan hökumətlərinin həmsədrliyi altında keçirilən konfrans çərçivəsində Əfqanıstana sərmayələrin cəlb edilməsi məqsədilə Biznes Forum da keçirilir. Azərbaycan İqtisadi İnkişaf nazirliyinin məlumatına görə, Biznes Forumda Azərbaycanda fəaliyyət göstərən müəssisə və şirkətlər də iştirak edir.

XS
SM
MD
LG