Accessibility links

Azərbaycan xarici işlər nazirinin Nyu-York səfəri davam edir


Azərbaycan xarici işlər nazirinin Nyu-York səfəri davam edir
Azərbaycan xarici işlər nazirinin Nyu-York səfəri davam edir

Səfər zamanı Cənubi Afrika və Portuqaliya ilə ikitərəfli əlaqələr müzakirə edilib.

Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Cənubi Afrika Respublikasının xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane ilə görüş keçirib. Görüş zamanı Azərbaycanla CAR arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilib, onun inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əlaqələrin daha da genişləndirilməsində hər iki ölkənin geniş potensiala malik olduğunu xüsusilə vurğulayıb.
Cənab Məmmədyarov regionda mövcud olan problemlərə toxunub, Ermənistan-Azərbaycan münaqişəsi barədə həmkarına məlumat verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi barədə razılığa gəlib.
Cənab Məmmədyarov daha sonar Portuqaliya Xarici İşlər Nazirliyinin dövlət katibi Luis Brites Pereira ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Cənab Pereira Portuqaliya ilə Azərbaycan arasında mövcud olan siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirərək, müxtəlif investisiya layihələri - enerji, infrastruktur, telekommunikasiya və turizm sahələrində qarşılıqlı maraqların olduğunu qeyd edib.

XS
SM
MD
LG