Accessibility links

Məmmədyarov Vaşinqtonda ölkəsinin xarici siyasəti mövzusunda çıxış etdi


Məmmədyarov Vaşinqtonda ölkəsinin xarici siyasəti mövzusunda çıxış etdi
Məmmədyarov Vaşinqtonda ölkəsinin xarici siyasəti mövzusunda çıxış etdi

Elmar Məmmədyarov Azərbaycanın xarici siyasət sahəsində prioritetlər sırasında ərazi bütövlüyünün bərpasını ilk olaraq göstərdi. Çıxışında Dağlıq Qarabağ danışıqlarına geniş yer verən xarici işlər naziri bildirdi ki, status-kvo vəziyyəti artıq davam edə bilməz.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-a səfərinin son günü olan cümə günü, dövlət katibi Hillari Klintonla görüşündən əvvəl Vaşinqtondakı Atlantic Council araşdırma mərkəzində Azərbaycanın xarici siyasətinin problemləri və əsas prioritetləri mövzusunda məruzə ilə çıxış etdi. Xarici İşlər naziri regionda inkişafa və tərəqqiyə əsas maneə olan başlıca problemlər kimi Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması, Ermənistanın işğalının davam etməsini göstərdi. O, təhlükəsizlik sahəsində risklərdən danışaraq, Azərbaycanın regionda tərəqqi və inkişafa nail olmaq işində rolunu qeyd etdi. Nazir Azərbaycanın geo-siyasi baxımdan unikal mövqeyindən sivilizasiyalararası dialoq yaratmaq işində istifadə etmənin vacibliyni göstərdi.

Elmar Məmmədyarov Azərbaycanın xarici siyasət sahəsində prioritetlər sırasında ərazi bütövlüyünün bərpasını ilk olaraq göstərdi. Çıxışında Dağlıq Qarabağ danışıqlarına geniş yer verən xarici işlər naziri bildirdi ki, status-kvo vəziyyəti artıq davam edə bilməz. O, münaqişənin nizamlanmasında beynəlxalq səyləri qeyd edərək, Rusiya prezidenti Dmitri Medvedevin münaqişənin nizamlanması səylərinə verdiyi dəstəyi və Parisdə Böyük Səkkizlərin sammitində Fransa, Rusiya və ABŞ prezidentlərinin verdiyi bəyanata toxundu. O bildirdi ki, münaqişənin nizamlanması üçün yol xəritəsində Ermənistan qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxması, kommunikasiya sistemlərinin yaradılması, qaçqınların öz yerlərinə qayıtması, sülhməramlı müşahidəçilərin təhlükəsizliyə nəzarəti və bütün bunlardan sonra Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün səsvermənin keçirilməsi nəzərdə tutulur. Nazir bildirdi ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması ümumilikdə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, ərazilərin uzun müddət işğal altında qalması yolverilməzdir. Azərbaycan Xarici İşlər naziri münaqişənin tez zamanda həllini tapmalı olduğunu bildirdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG