Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib


Azərbaycan Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib
Azərbaycan Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verir, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər var. Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti bağlıdır. Suriyanın paytaxtı Dəməşq də daxil olmaqla, bir sıra şəhərlərdə, həmçinin əsas şose yollarında hərbi nəzarət məntəqələrinin sayı artırılıb. Suriyada münaqişə zonaları hər an dəyişir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Suriyada yaranmış vəziyyətlə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidməti bildirir ki, martın 18-dən etibarən Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər keçirilir. Nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verir, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər var. Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti bağlıdır. Suriyanın paytaxtı Dəməşq də daxil olmaqla, bir sıra şəhərlərdə, həmçinin əsas şose yollarında hərbi nəzarət məntəqələrinin sayı artırılıb. Suriyada münaqişə zonaları hər an dəyişir.
Bunları nəzərə alaraq, Suriyaya getmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edərkən ehtiyatlı olsunlar və vacib olmadıqda səfərlərini təxirə salsınlar.
Suriyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri, hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Dəməşq şəhərində yerləşən Azərbaycan səfirliyi ilə əlaqə saxlamaları tövsiyə olunur.
Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib.

XS
SM
MD
LG