Accessibility links

Azərbaycan xilasediciləri Türkiyədə 10 nəfəri uçqunların altından çıxarıb


Azərbaycan xilasediciləri Türkiyədə 10 nəfəri uçqunların altından çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə 10 nəfəri uçqunların altından çıxarıb

Türkiyənin Van bölgəsində zəlzələ zonasında Azərbaycanın 191 xilasedicisi və 20 nəfər xidmət personalı işləyir.

Azərbaycan xilasediciləri tərəfindən Türkiyədə zəlzələ bölgəsində aparılan axtarış-xilasetmə işləri nəticəsində bu gün dağıntılar altından daha 3 nəfər xilas edilib və 9 cəsəd tapılaraq çıxarılıb. Beləliklə, indiyədək Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilib və 23 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb.

Van şəhərində olan 19 nəfər Azərbaycan vətəndaşı nazirliyin təyyarəsi ilə ölkəyə gətirilib.

Türkiyənin Van bölgəsində zəlzələ zonasında Azərbaycanın 191 xilasedicisi və 20 nəfər xidmət personalı işləyir.

XS
SM
MD
LG