Accessibility links

Azərbaycan xilasediciləri Vanda dağıntılar altından 10 nəfəri xilas edib, 41 cəsəd çıxarıb


Azərbaycan xilasediciləri Vanda dağıntılar altından 10 nəfəri xilas edib, 41 cəsəd çıxarıb

Azərbaycan xilasediciləri Vanda dağıntılar altından 10 nəfəri xilas edib, 41 cəsəd çıxarıb

Avtomobil karvanı ilə 1000 ədəd çadır, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə göndəriləcək.

Azərbaycan xilasediciləri oktyabrın 26-da Türkiyənin Van vilayətində dağıntılar altından daha 5 cəsəd tapıb çıxarıb. Beləliklə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilib və 41 cəsəd dağıntılar altından çıxarılıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, oktyabrın 26-da nazirlik tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınacaq. Həmin avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə göndəriləcək.
Xatırladaq ki, Azərbaycan indiyədək fəlakət zonasına 250 çadır, 700 səhra yataq dəsti, 3000 ədyal, 2000 yataq dəsti və 2 səhra mətbəxi göndərib. Göndərilmiş çadırlardan ibarət "çadır şəhərciyi" bu gün axşam saatlarında quraşdırılaraq zərərçəkmiş əhaliyə təhvil veriləcək. Həmçinin, zəlzələ zonasında Azərbaycanın 191 xilasedicisi və 20 nəfərlik xidmət personalı işləyir.

XS
SM
MD
LG