Accessibility links

Azərbaycan və İran sərhədində bazar fəaliyyət göstərəcək


Sərhəd keçidi
Sərhəd keçidi

İran və Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə Astara keçid məntəqəsindəki körpü genişləndiriləcək

İran və Azərbaycan arasında Astara sərhəd keçid məntəqəsində bazar fəaliyyət göstərəcək. Bunu İran Daxili İşlər Nazirliyinin Gömrük və Qaçaqmalçılıqla Mübarizə İdarəsinin rəisi Nurəli İslampənah deyib. Trend-in məlumatına görə, bu barədə İran Gömrük Administirasiyasının rəsmi saytında bildirilir.

"İran və Azərbaycan arasında ticari əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Astara keçid məntəqəsindəki körpü genişləndiriləcək və bu keçid məntəqəsində bazar fəaliyyət göstərəcək", - İslampənah deyib.

Onun sözlərinə görə, Astara limanının fəaliyyəti də İran və Azərbaycan arasında ticari əlaqələrinin inkişafına təkan verəcək.

Bundan öncə "Araz" azad iqtisadi-ticarət zonasının rəhbəri Sadiq Nəcəfi Trend-ə müsahibəsində İran-Azərbaycan sərhədində Qulubəylu kəndi ərazisində yeni gömrük-keçid məntəqəsinin tikiləcəyi barədə məlumat vermişdi.

İki ölkə arasında Astara sərhəd keçid məntəqəsi ilə yanaşı, Biləsuvar və Culfa sərhəd keçid məntəqələri də fəaliyyət göstərir.

İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG