Accessibility links

İyunun 26 Narkotiklərdən sui-istifadə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə beynəlxalq mübarizə günüdür.

İyunun 26 Narkotiklərdən sui-istifadə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə beynəlxalq mübarizə günüdür.

Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Əfqanıstan narkotikləri Əfqanıstan – İran - Azərbaycan, Əfqanıstan İran - Dağlıq Qarabağ(Azərbaycan) - Gürcüstan, Əfqanıstan - Orta Asiya - Azərbaycan tranziti ilə MDB ölkələrinə və Avropaya daşınır. Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycan ərazisi vasitəsi ilə 10 tondan çox narkotik daşındığı təxmin edilir.

Cənab Əfəndiyev hesab edir ki, son üç ildə Azərbaycan hüquq-mühafizə orqanları narkotiklərin daşınmasının qarşısının alınması istiqamətində müsbət işlər aparır. “2009-cu ildə Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz dövriyyədən 2 tondan çox narkotik çıxarıb”.

O ölkədə 24 min rəsmi qeydiyyata alınmış narkoman olduğunu bildirib. “Amma narkomanların sayı bundan çoxdur”.

XS
SM
MD
LG