Accessibility links

Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Aran rayonlarında və Naxçıvanda 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Avqustun 3-dək Azərbaycanda kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Aran rayonlarında və Naxçıvanda 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər nazirliyi əhalini xəbərdar edib ki, tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti gözlənilir ki, bu da zəif küləklərin üstünlüyü fonunda xüsusilə günorta saatlarında əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək.



XS
SM
MD
LG