Accessibility links

Azərbaycanda 450 min əcnəbi və vətəndaşlığı olmayan şəxs var


Azərbaycanda 450 min əcnəbi və vətəndaşlığı olmayan şəxs var

Azərbaycanda 450 min əcnəbi və vətəndaşlığı olmayan şəxs var

Əcnəbilərin əksəriyyəti Rusiya və Gürcüstandan olanlardır. Onlar həmin ölkələrdən olan Azərbaycan əsilli vətəndaşlardır. Sonra, Türkiyə və İran vətəndaşları gəlir. Sözügedən 4 ölkədən gəlmiş şəxslər Azərbaycanda yaşayan əcnəbilərin 80%-ni təşkil edir. Qalan 20% isə ABŞ, Böyük Britaniya, MDB ölkələri və digər dövlətlərin vətəndaşlarıdır.

Hazırda Azərbaycanda 450 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs var. Onlar işləyənlər deyil, həm də turist kimi, iş üçün gələnlər, həmçinin təhsil alanlar və Azərbaycan vətəndaşları ilə nikahda olanlardır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əcnəbilərin əksəriyyəti Rusiya və Gürcüstandan olanlardır. “Onlar həmin ölkələrdən olan Azərbaycan əsilli vətəndaşlardır. Sonra, Türkiyə və İran vətəndaşları gəlir. Sözügedən 4 ölkədən gəlmiş şəxslər Azərbaycanda yaşayan əcnəbilərin 80%-ni təşkil edir. Qalan 20% isə ABŞ, Böyük Britaniya, MDB ölkələri və digər dövlətlərin vətəndaşlarıdır”.
Cənab Rəhimov qeyd edib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəni miqrantlar üçün cəlbedici edir. “Belə ki, ötən il 10 minə yaxın əmək miqrantına Azərbaycanda yaşamaq üçün icazə verilib. Ümumilikdə, Azərbaycanda əmək miqrantlarının sayı əcnəbilərin ümumi sayının 25%-ni təşkil edir”.

O bildirib ki, son ayda Azərbaycan qanunvericiliyini pozmuş 700 əcnəbinin barəsində inzibati tədbirlər görülüb.
siyasi təqiblərə görə öz ölkələrini tərk etmiş şəxslərin deportasiya olunması barədə Amerikanın Səsi radiosunun sualının cavabında cənab Rəhimov deyib ki, əcnəbiləri göndərməzdən əvvəl müəyyən araşdırma aparılır. “Əgər vətəndaş öz ölkəsində təqib olunursa, onu deportasiya edilmir”.
Dövlət Miqrasiya Xidmətinin rəhbəri bildirib ki, Azərbaycanın Xaçmaz rayonunun Xraxoba kəndində sıx yaşayan Rusiya vətəndaşları ya ölkə ərazisində qalmalarını leqallaşdırmalı, ya da oranı tərk etməlidir. “Onlar da digər əcnəbilər kimi Azərbaycanda yaşamaq üçün icazə almalıdırlar. Kəndin sakinlərinə müvafiq xəbərdarlıq edilib”.

Eyni zamanda cənab Rəhimovun sözlərinə görə, o da nəzərə alınıb ki, bu adamlar illərlə orada yaşayır və bir gündə onları qanunsuz miqrant kimi deportasiya etmək olmaz. “Onların gələcək həyatının qurulması barədə düşünmək lazımdır. Rusiya səfirliyi ilə məsləhətləşmələr aparılıb. Rusiya tərəfi vətəndaşlarının qayıdışı üzrə Dövlət Proqramı çərçivəsində Rusiyada sıx məskunlaşmanın mümkünlüyü barədə sakinləri məlumatlandırıb. Lakin, sakinlər gələcək yaşayış yeri ilə bağlı məsələnin fərdi olaraq həllinə üstünlük verir. Beləliklə, əgər onlar Azərbaycanda yaşamaq istəsələr, ölkədə öz qalmalarını leqallaşdırmalıdırlar, əgər istəməsələr, getməlidirlər”.

Qeyd edək ki, hazırda Xraxoba kəndində 300-ə yaxın Rusiya vətəndaşı yaşayır. 1954-cü ilin mayında SSRİ Nazirlər Sovetinin qərarı ilə Xaçmaz rayonunun Xraxoba və Uryanoba kəndləri otlaq əraziləri kimi müvəqqəti olaraq Rusiyanın Dağıstan Muxtar Respublikasına verilib. 1984-cü ildə Azərbaycan SSR Nazirlər Soveti bu sənədin müddətini daha 20 il, yəni 2004-cü ilədək uzadıb. Sözügedən sakinlərin bir hissəsi Rusiya vətəndaşlığını qəbul edib. 2010-cu ilin sentyabrında Azərbaycan və Rusiya arasında imzalanmış dövlət sərhədi haqqında müqavilədə Rusiya həmin kəndlərin Azərbaycana məxsus olduğunu təsdiqləyib.

XS
SM
MD
LG