Accessibility links

Azərbaycanda Amerika təhsil yarmarkası açılacaq


Azərbaycanda Amerika təhsil yarmarkası açılacaq

Azərbaycanda Amerika təhsil yarmarkası açılacaq

Hazırda Amerikada Azərbaycandan olan 400 tələbə təhsil alır. Hər il tələbələrin sayı 15 faiz artır.

Aprelin 7-də saat 15-dən 18-dək Bakı Təhsil Məlumat Mərkəzi ABŞ Ali Təhsil qrupu ilə birgə Azərbaycan Dillər Universitetindəki Amerika Təhsil Mərkəzində Amerika Təhsil Yarmarkası keçirəcək. Yarmarkada Amerikanın 11 universiteti iştirak edəcək, insanlar Amerikada təhsil almaq imkanları haqqında məlumat alacaq, tələbələr və valideynlər Birləşmiş Ştatlardakı universitetlərin nümayəndələri ilə görüşəcək, maraqlandıqları suallarla onlara müraciət edə biləcək.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, hazırda Amerikada 400 azərbaycanlı tələbə təhsil alır. “Amerika dünyanın ən güclü universitetlərinə malikdir və Azərbaycanlı tələbələr Amerikada təhsil almağa üstünlük verir. ABŞ-da təhsil alan azərbaycanlıların sayı ildən-ilə durmadan artır. Hər il Amerikada təhsil alan tələbələrin sayı 15 faiz artır”, - deyə o qeyd edib.

Səfir həmçinin hazırda Amerikada 30 mindən çox Türkiyədən olan tələbənin təhsil aldığını xatırladıb.

XS
SM
MD
LG