Accessibility links

Azərbaycanda amerikalı müəllifin Media Hüququ kitabı çap edilib


Azərbaycanda amerikalı müəllifin Media Hüququ kitabı çap edilib

Azərbaycanda amerikalı müəllifin Media Hüququ kitabı çap edilib

Kitab jurnalistlərin inkişafı üçün əlverişli şərait, azad mətbuat üçün çərçivə, məhkəmə çəkişməsi yerinə özünütənzimləmə, jurnalistlərin məsuliyyəti, yeni media, vətəndaş jurnalistləri və blogerlər, məlumat azadlığı və vətəndaş cəmiyyətinin yüksəlişi ilə bağlı məsələləri əhatə edir.

Mətbuat Şurasında Amerikanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Amerikanın Silha Mərkəzinin direktoru Ceyn Körtlinin Azərbaycan dilinə tərcümə olunmuş “Media hüququ” kitabının təqdimatı olub.

Kitab jurnalistlərin inkişafı üçün əlverişli şərait, azad mətbuat üçün çərçivə, məhkəmə çəkişməsi yerinə özünütənzimləmə, jurnalistlərin məsuliyyəti, yeni media, vətəndaş jurnalistləri və blogerlər, məlumat azadlığı və vətəndaş cəmiyyətinin yüksəlişi ilə bağlı məsələləri əhatə edir.
Ceyn Körtlin bildirib ki, kitab azad mətbuatın azad cəmiyyətdə üstünlükləri və məsuliyyətini təsvir edən standartları tövsiyə edir. “Birincisi, azad və müstəqil mətbuat hər bir azad cəmiyyət üçün mühümdür. İkincisi, azad mətbuat cəsurdur və onun oxucu və tamaşaçılarına vacib olan mövzuları qorxusuz və qərəzsiz təqib edir. Üçüncüsü, azad mətbuat məsuliyyət daşıyır”.
Müəllif yeni medianın klassik mediaya qalib gələcəyinə ümid edir. Onun fikrincə, yeni media klassik media ilə təzad yaradır. “Bloqosferin azad dünyası həqiqi söz azadlığının son bastionu kimi görünür. Çoxlu pula, bahalı çap mətbuatına və ya teleqülləyə ehtiyac yoxdur. Kompüter, modem və bir balaca proqram təchizatına çıxışı olan hər kəs vebbloq və ya bloq vasitəsilə dünya ilə fikrilərini paylaşa bilər. İntensiv fəaliyyət göstərən və yüksək dərəcədə özünə güvənən vebbloqlar dəqiq incələnən mənbələrdən və yoxlanılmış faktlardan istifadə edən ənənəvi jurnalistikanın bəzən darıxdırıcı hökmranlığından kənarda həyat sürür”, - deyə o qeyd edib.
Xanım Körtlin eyni zamanda deyib ki, yeni mediadan siyasi və digər məqsədlər üçün istifadə daha asandır. “Bir çox blogerlər ədəbsiz şərh verərkən anonim çıxış edir. İnternetin mühüm kommunikasiya texnologiyası və jurnalistlər üçün nəşr platforması yeni hüquqi çətinliklər də yaradır”.
Müəllifin fikrincə, dünyada cəsur jurnalistlər xəbərlər barədə məlumat vermək və ictimaiyyətə dəqiq məlumat çatdırmaq üçün repressiv hökumətlər və digər mühüm əngəllərlə üzləşərək yaşayış imkanlarını və hətta həyatlarını riskə atır. “Lakin, qanunun aliliyinə hörmət edilən yerdə jurnalistika çiçəklənir. Azad mətbuat ən yaxşı milli konstitusiya, qanunlar və ya ümumi hüquqi vasitə ilə qorunur. Nə qədər formalaşdırılmış olsa da, qanun ən azı xəbər KİV-lərini senzuradan qorumalı və müxbirlərə məlumata çıxışı təmin etməlidir”, - deyə o bildirib.
Amerika səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib ki, Amerika Azərbaycanda azad mətbuatın inkişafı üçün köməyini davam etdirəcək. “Bu sahədə çox işlər görülməlidir”.
Xanım Körtlin mərasimdən sonra Amerikaın Səsi radiosuna müsahibə verib.

O, bildirib ki, nəşr media hüququ ilə yanaşı jurnalist etikası məsələlərini də əhatə edir.

“Media hüququ hissəsində diffamasiya qanunu, özəl həyatın toxunulmazlığı və məlumata çıxış imkanlarından danışılır. Eyni zamanda düşünürük ki, media üçün peşəkar etika hüquqi çərçivə qədər əhəmiyyətlidir”.

O Azərbaycanda yeni media sahələri ilə dərindən tanış deyil. “Amma, ölkədə yeni medianın çox güclü mövcudluğu hiss edilir. Xüsusilə, bu gənclər arasında daha çox görünür. Gənclər bu sahədə çox fəaldır. Belə ki, bu gün bütün dünyada eyni proseslər yaşanır. Gənc insanlar dünyada baş verənlər barədə məlumatları toplayır və öz ictimaiyyətlərinə ötürür”.

Xanım Körtli Azərbaycanda jurnalist və blogerlərin həbsdə saxlanmasına qarşıdır. “Təbii ki, mən bunu qınayıram. Fikrini bildirdiyinə görə, heç kim həbsə atılmamalıdır. Amma, Amerikada da belə bir fikir yaranıb ki, blogerlər hüququn üstündədir və onlara qarşı hüquq tətbiq edilmir. Mən də hesab edirəm ki, blogerliyə və yeni mediaya heç bir qanun tətbiq edilməməlidir. Eyni zamanda, blogerlər düşünməlidir ki, ümumi qanun prinsipləri onlara da şamil oluna bilir”.

Professor yeni medianın siyasi hakimiyyətləri təbliğ edən rupor mediaya qalib gəlmə ehtimalı ilə bağlı deyib ki, yeni media ənənəvi klassik medianı şübhə altına ala bilər. “Bu mümkündür. Dövlət təbliğatı çox qəliz, ağır və güclü bir mexanizmidir. Yeni media, hökumət mediasına əks və alternativ informasiya, hətta dezinformasiya yaymaqla ona qarşı təhdid yarada bilər. Bu səbəbdən də yeni mediaya dövlət tərəfindən təzyiqlərin olması mümkündür”, - deyə o qeyd edib.

XS
SM
MD
LG