Accessibility links

Azərbaycanda birinci Beynəlxalq Kukla Teatrları Festivalı açılıb


Azərbaycanda birinci Beynəlxalq Kukla Teatrları Festivalı açılıb
Azərbaycanda birinci Beynəlxalq Kukla Teatrları Festivalı açılıb

Festival çərçivəsində noyabrın 2-dən 6-dək Azərbaycan Dövlət Kukla Teatrında Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər keçiriləcək.

Bakıda Abdulla Şaiq adına Kukla Teatrında I Beynəlxalq Kukla Teatrları Festivalının təntənəli açılışı olub. Azərbaycan Kukla Teatrının yaradılmasının 80 illiyinə həsr olunan festival noyabrın 1-dən 6-dək davam edəcək.

Festivalın təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatıdır. Festivalda 16 ölkədən 20-dən çox kukla teatrı çıxış edəcək.

Bununla yanaşı, noyabrın 2-də “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi-simpozium keçiriləcək. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), UNİMA-nın vitse prezidenti Stanislav Dubrava (Çexiya), ASSİTEJ-in Prezidenti İvetta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının Baş Katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham (BƏƏ), İliya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) iştirak edəcəklər.

Noyabrın 2-dən 6-dək isə Azərbaycan Dövlət Kukla Teatrında Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər keçiriləcək.

XS
SM
MD
LG