Accessibility links

Azərbaycanda deputatlıq uğrunda 692 namizəd mübarizə aparır


Azərbaycanda deputatlıq uğrunda 692 namizəd mübarizə aparır

Azərbaycanda deputatlıq uğrunda 692 namizəd mübarizə aparır

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi seçki prosesində qanun pozuntuları ilə bağlı hesabat yayıb

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, Milli Məclisə keçirilən seçkilərdə 125 deputat yeri uğrunda 692 namizəd mübarizəyə qoşulub.

Ən çox namizəd hakim “Yeni Azərbaycan” partiyasındandır, - 111 nəfər qeydiyyata alınıb. “AXCP-Müsavat” blokundan (Xalq Cəbhəsi və Müsavat partiyaları) 35, “Qarabağ” blokundan (Ümid, Aydınlar və Demokrat partiyaları) 32, “İslahat” blokundan (Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Böyük Quruluş və Təkamül partiyaları) 31, “İnsan Naminə” blokundan (Liberal, Vətəndaş və İnkişaf partiyaları) 19, “Demokratiya” blokundan (Vətəndaş Həmrəyliyi və Demokratik İslahatlar partiyaları) 17 namizəd qeydə alınıb.
Öz təşəbbüsü və seçicilərin təşəbbüs qrupları tərəfindən namizədliyi irəli sürülmüş siyasi partiya üzvlərini də nəzərə alınmaqla, deputatlığa namizədlərin partiya mənsubiyyəti belədir: “Yeni Azərbaycan” Partiyası - 136, “Müsavat” Partiyası - 26, “Klassik Xalq Cəbhəsi” Partiyası - 25, “Milli İstiqlal” Partiyası – 21, “Xalq Cəbhəsi” Partiyası – 19, “Demokratik Azərbaycan Dünyası” Partiyası – 18, “Vətəndaş Həmrəyliyi” Partiyası – 15, “Ümid” Partiyası – 14, “Bütöv Azərbaycan Xalq Cəbhəsi” Partiyası – 12, “Demokrat” Partiyası – 10, “Vətəndaş və İnkişaf” Partiyası – 10, “Böyük Quruluş” Partiyası – 9, “Ana Vətən” Partiyası – 8, “Müasir Müsavat” Partiyası – 7, “Kommunist” Partiyası – 6, “Aydınlar” Partiyası – 4, “Liberal” Partiyası – 4, “Ədalət” Partiyası – 3, “Demokratik İslahatlar” Partiyası – 3, “Sosial Rifah” Partiyası – 3, “Milli Demokrat” Partiyası – 2, “Milli Dövlətçilik” Partiyası – 2, “Sosial Demokrat” Partiyası – 2, “Xalq” Partiyası – 2, “Azadlıq” Partiyası – 1, “Azad Respublikaçılar” Partiyası – 1, “Demokratik Maarifçilik” Partiyası – 1, “Təkamül” Partiyası – 1, “Tərəqqi” Partiyası – 1, “Böyük Azərbaycan” Partiyası – 1, “Milli Qurtuluş” Partiyası – 1, “Vəhdət” Partiyası – 1, “Vətəndaş Birliyi” Partiyası - 1. Beləliklə, deputatlığa namizədlərin 370 nəfəri 33 siyasi partiyanın üzvüdür. Daha 320 namizəd bitərəfdir, qalanları isə partiya mənsubiyyətini göstərməyib.
Milli Məclisə seçkilər noyabrın 7-də keçiriləcək.

Oktyabrın 15-dən başlayaraq isə namizədlətin təbliğat kampaniyası başlayıb.

Bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) namizədlərin qeydiyyatı mərhələsinin yekunları ilə bağlı hesabatı açıqlanıb.

Sənəddə qeyd olunur ki, Milli Məclisə deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı üzrə seçki kampaniyası zamanı baş verən pozuntular bütün prosesin qanuniliyini şübhə altına alır.

Təqdimat mərasimində SMFT-nin icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, hazırda 80 uzunmüddətli müşahidəçi ölkə ərazisində seçki kampaniyası prosesini izləyir. Seçki günündə SMDT-nin monitorinqi 1000-dən çox seçki məntəqəsini əhatə edəcək.
SMDT-nin eksperti Azər Qasımov deyib ki, seçkinin birinci mərhələsi bərabər imkanların olmaması ilə səciyyələnir. “Bir çox dairələrdə müstəqil və müxalifət namizədlərinə imza vərəqlərinin verilməsi zamanı əsassız tələblər (partiya üzvlüyü, ali təhsil haqda arayışların təqdim olunması) irəli sürülüb. Bundan əlavə, inzibati resursdan fəal istifadə olunub. İcra hakimiyyətləri, bələdiyyələr və digər dövlət qurumlarının işçiləri hökumətyönlü namizədlərin xeyrinə imza toplayıb. Eyni zamanda onlar müstəqil və müxalifət namizədlərinin kampaniya aparmasına maneçilik törədib. Bəzi adamlara namizədliyini geri götürməsi üçün təzyiqlər edilib, müxalifətçiləri dəstəkləyənlərdən isə imzalarından imtina etmələri tələb olunub”.

XS
SM
MD
LG