Accessibility links

Azərbaycanda fevralın 7-də qar çovğunu olacaq


Azərbaycanda fevralın 7-də qar çovğunu olacaq

Azərbaycanda fevralın 7-də qar çovğunu olacaq

Hava şəraiti yenidən qarlı, şaxtalı, çovğunlu olacaq. Dağlarda minimal temperatur 25 dərəcə şaxta gözlənilir.

Fevralın 7-də Azərbaycanda hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, çovğunlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhaliyə ünvanladığı xəbərdarlıqda deyilir ki, Bakıda fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10° şaxta, gündüz 3-5° şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Departament həmçinin bildirir ki, fevralın 7-dən 9-u səhərədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda qarlı, bərk şaxtalı, çovğunlu meteoroloji şərait meteohəssas insanlar üçün çox əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında fevralın 7-si axşam yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, 8-də güclü olacağı ehtimalı vardır. Şaxtanın yenidən güclənəcəyi, aran rayonlarında gecə 4-7° şaxta, gündüz 0-4° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 8-13° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

XS
SM
MD
LG